Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrailə səs salan Kama kimdir?

İsrailə səs salan Kama kimdir?

Tarix: 2 Noyabr 2021 10:30

Xəbər verdiyimiz kimi, İsrailin "The X Factor" yarışmasında azərbaycanlı iştirakçı Kama Kamilaya çıxışı ilə hər kəsi heyrətləndirib.

Kamanın ifası sosial şəbəkələrdə yayıldıqdan sonra ictimaiyyətdə onun kimliyi maraq doğurub.

Milli.Az olay-a istinadən K. Kamliyanın bioqrafiyasını təqdim edir:

"Bakı şəhərində anadan olan Kamila yəhudi ana və müsəlman atanın qızıdır. O, Azərbaycanın musiqi irsinə dərin kök salmış görkəmli ifaçılar ailəsində böyüyüb. Kamila 5 yaşından klassik pianoçu kimi təhsil alıb. 13 yaşında anası ilə birlikdə İsrailə köç edib. O vaxtdan onun motivasiyası və arzusu atalarının və yeni vətəninin arasında əlaqə yaratmaq olub.

Azərbaycan musiqisini dünyaya daha yaxşı ifadə edə bilmək üçün müxtəlif dilləri və folkları improvizə etməyi üstün tutan Kamilanın 2015-ci ildə işıq üzü görən ilk albomu "Mamaland" Azərbaycanlı ailəsinə həsr olunub.

Milli.Az


Etiketlər:  İsrailə səs salan Kama kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ