Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan dəhlizə görə pul ayırdı - Sərkisyandan iddia

İrəvan dəhlizə görə pul ayırdı - Sərkisyandan iddia

Tarix: 2 Noyabr 2021 14:44

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin büdcəsinin gələn il üçün artırılması demarkasiya, delimitasiya və dəhlizin təqdim olunması prosesləriylə bağlıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

"Təbii ki, bizim yeni sərhədimiz, dövlət sərhədinin qorunması üçün yeni sərhədçilərimiz, yeni qurğularımız olacaq. Bütün bunlar MTX-nın sərhəd qoşunlarının ehtiyaclarının ödənməsi üçün əlavə maliyyələşmə tələb edir. İstisna etmirəm ki, əgər rusiyalı sərhədçilər yaradılacaq yol və ya dəhlizi mühafizə etsələr, onlar da həmçinin hansısa maliyyələşmə təqdim ediləcək. Bu, bizim məğlubiyyətə görə ödədiyimiz növbəti qiymətdir".

Qeyd edək ki, Ermənistan dünən Milli Təhlükəsizlik Xidməti üçün maliyyələşməni 22% artırmışdı.

Milli.Az


Etiketlər:  İrəvan dəhlizə görə pul ayırdı Sərkisyandan iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ