Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 20:14
Mərhum müğənni Emi Uaynhausun əşyaları satışa çıxarılır.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, onun əşyaları Los-Ancelesdə sərgilənir. Satış həm də internet üzərindən reallaşacaq. Ümumilikdə sərgidən 50 min dollar gəlir əldə edilməsi gözlənilir.
Həmin məbləğ isə "Emi Uaynhaus" vəqfinə bağışlanacaq. Sərgidə mərhumun ayaqqabıları, eynəkləri, paltarları bazarlanır. Bununla yanaşı, E. Uaynhausun son konsertində geyindiyi libas da satılır.
Qeyd edək ki, müğənni 2011-ci ildə vəfat edib.