Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İŞİD Talibanın məşhur komandirini öldürdü

İŞİD Talibanın məşhur komandirini öldürdü

Tarix: 3 Noyabr 2021 11:24

Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı Kabildəki Taliban qüvvələrinin komandirlərindən biri Həmdullah Mohlis öldürülüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Mohlis Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bəri öldürülən ən yüksək rütbəli şəxsdir.

Qeyd edək ki, Əfqanıstanın paytaxtında yerləşən xəstəxanada partlayış törədilib. Partlayışdan sonra Talibanla toqquşmalar başlayıb. Hücum nəticəsində 23 nəfər ölüb, 50 nəfər yaralanıb.

Kabildə xəstəxanaya hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az


Etiketlər:  İŞİD Talibanın məşhur komandirini öldürdü


RƏYLƏR