Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəhrəman şəhidimiz Elxan Rzayev - O, 4 medalla təltif edilib - VİDEO

Qəhrəman şəhidimiz Elxan Rzayev - O, 4 medalla təltif edilib - VİDEO

Tarix: 3 Noyabr 2021 13:42

Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanlarımızdan biri də Sabirabad rayon sakini Elxan Rzayevdir.

Xezerxeber.az-ın məlumatına görə, Elxan Rzayev 1994-cü ildə rayonun Qəzli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra, 2012-2014-cü illərdə hərbi xidmətdə olub. Daha sonra Bakı Dövlət Kompüter Kollecində təhsil alıb və kəndlərindəki məktəbdə informatika müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.

Elxan Rzayev 2020-ci ildə Sumqayıt Dövlət Universitetinə daxil olsa da, İkinci Qarabağ müharibəsinin başlanması onun yolunu universitet auditoriyasından deyil, cəbhədən salıb.

Sentyabrın 29-dan döyüşlərə qatılan Elxan Rzayev Cəbrayıl uğrunda gedən şiddətli döyüşlər zamanı yaralanıb. Tibbi yardım göstərildikdən sonra döyüşə davam edib.

Qəhrəmanımız Qudadlı istiqamətində gedən döyüşlərdə də böyük şücaət göstərib. O, noyabrın 1-də Qubadlının Çardaxlı kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Elxan Rzayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə'', "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qəhrəman şəhidimiz Elxan Rzayev O 4 medalla təltif edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ