Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Koronavirusun antibiotiklə müalicəsi mənasızdır”

“Koronavirusun antibiotiklə müalicəsi mənasızdır”

Tarix: 3 Noyabr 2021 15:30

Rusiya səhiyyə nazirliyinin baş ştatdankənar infeksionisti, professor Vladimir Çulanov koronavirusun antibiotiklərlə müalicəsini tənqid edib.

Onun sözlərinə görə, çox vaxt "sətəlcəm" sözü həkimləri COVID-19 xəstələrinə müalicənin ambulator mərhələsində antibiotiklər yazmağa məcbur edir ki, bunun da da heç bir mənası yoxdur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis izah edir ki, bu cür dərmanların təyin edilməsi yalnız sətəlcəm bakterial infeksiya ilə əlaqəli olduqda əsaslandırıla bilər. Bu, daha tez-tez xəstəxana mərhələsində, reanimasiya şöbələrində, xəstə süni tənəffüs cihazında olduqda baş verir.

"Ancaq "viral pnevmoniya" və ya "pnevmonit" antibiotiklər təyin etmək üçün səbəb deyil", - deyə o vurğulayıb.

Çulanov onu da izah edib ki, antibiotiklərin həddindən artıq istifadəsi virusun antibiotiklərə davamlı ştammların sayının artmasına səbəb olur. Bu da öz növbəsində xəstəliyin müalicəsini getdikcə çətinləşdirə bilər.


Etiketlər:  Koronavirusun antibiotiklə müalicəsi mənasızdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ