Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" "Yuventus"un futbolçusunu alır - 60 milyon avroya

Tarix: 23 Avqust 2019 23:08

"Barselona" növbəti transferini həyata keçirməyə yaxındır.

Qol.az-ın "La Gazzeta dello Sport"a istinadən yaydığı xəbərə görə, Kataloniya klubu Rodriqo Bentankurun transferi ilə bağlı "Yuventus"la razılığa gəlib. Razılığa əsasən, 22 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro təzminat ödəniləcək.

Transfer gerçəkləşəcəyi təqdirdə, bu məbləğin yarısı R.Bentankurun sabiq klubu "Boka Xuniors"a ödəniləcək.Çünki oyunçunun transfer hüquqlarının 50 faizi Argentina təmsilçisinə məxsusdur.

Qeyd edək ki, Bentankur 2017-ci ildə 12.5 milyon avroya "Boka Xuniors"dan Turin təmsilçisinə keçib.

 


Etiketlər:  Barselona Yuventusun futbolçusunu alır 60 milyon avroya


RƏYLƏR