Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konfrans Liqası: “Roma” xal itirdi, “Tottenhem” qalib gəldi

Konfrans Liqası: “Roma” xal itirdi, “Tottenhem” qalib gəldi

Tarix: 5 Noyabr 2021 07:32

Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, turun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da növbəti matçına bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanda "Kayrat"ın qonağı olub və qalib gəlib. Qrupun digər matçında Kipr "Omoniya"sı İsveçrə "Bazel"ini qəbul edib. Bu oyun heç-heçə bitib. Nəticədə "Qarabağ"la "Bazel"in növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib.

Turnirin favoritlərindən hesab olunan "Roma" doğma meydanda "Bodo Qlimt"i sınağa çəkib və xal itkisi ilə üzləşib. Baş məşqçi postuna Antonio Konteni gətirən "Tottenhem" İngiltərədə Niderlandın "Vitess" komandasının müqavimətini çətinliklə qıra bilib.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 4-cü tur
4 noyabr

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) - HJK (Finlandiya) 3:0
Qol: Kuvas, 22. Linqman, 65-öz qapısına. Hozez, 90+3.

LASK (Avstriya) - Alaşkert (Ermənistan) 2:0
Qol: Nakamura, 12; 87.

Xal durumu: Makkabi - 10, LASK - 10, HJK - 3, Alaşkert - 0.

B qrupu

Flora (Estoniya) - Anortosis (Kipr) 2:2
Qol: Sappinen, 55. Zenyov, 58 - Kristofi, 29. Popoviç, 33.

Gent (Belçika) - Partizan (Serbiya) 1:1
Qol: Tissudali, 80 - Uroseviç, 66.

Xal durumu: Gent - 10, Partizan - 7, Flora - 2, Anortosis - 2.

C qrupu

Zarya (Ukrayna) - ÇSKA (Bolqarıstan) 2:0
Qol: Zahedi, 87. Sayyadmaneş, 90+5.

Roma (İtaliya) - Bodo Qlimt (Norveç) 2:2
Qol: El Şaaravi, 54. İbanes, 84 - Solbakken, 45+1. Botheym, 65.

Xal durumu: Bodo Qlimt - 8, Roma - 7, Zarya - 6, ÇSKA - 1.

D qrupu

Alkmaar (Niderland) - ÇFR (Kluj, Rumıniya) 2:0
Qol: Qudmundsson, 5. Pavlidis, 86.

Randers (Danimarka) - Yablonets (Çexiya) 2:2
Qol: Mistrati, 46. Kubitsa, 53-öz qapısına - Kvankara, 73. Kratoxvil, 83.

Xal durumu: Alkmaar - 10, Yablonets - 5, Randers - 4, ÇFR - 1.

E qrupu

Union Berlin (Almaniya) - Feyenoord (Niderland) 1:2
Qol: Trimmel, 41 - Sinisterra, 15. Dessers, 72.

Slaviya (Çexiya) - Makkabi (Hayfa, İsrail) 1:0
Qol: Kuçta, 49.

Xal durumu: Feyenoord - 10, Slaviya - 6, Makkabi - 4, Union Berlin - 3.

F qrupu

Linkoln (Cəbəllütariq) - Slovan (Slovakiya) 1:4
Qol: Çipolina, 45+3 - Qrin, 17; 25. Çavriç, 67. Mraz, 71.

PAOK (Yunanıstan) - Kopenhagen (Danimarka) 1:2
Qol: Jivkoviç, 8 - Ankersen, 34. Byel, 50.

Xal durumu: Kopenhagen - 9, Slovan - 7, PAOK - 7, Linkoln - 0.

G qrupu

Tottenhem (İngiltərə) - Vitess (Niderland) 3:2
Qol: Son, 15. Lukas, 22. Rasmussen, 28-öz qapısına - Rasmussen, 32. Bero, 39.

Renn (Fransa) - Mura (Sloveniya) 1:0
Qol: Bade, 76.

Xal durumu: Renn - 10, Tottenhem - 7, Vitess - 6, Mura - 0.

H qrupu

Kayrat (Qazaxıstan) - Qarabağ (Azərbaycan) 1:2
Qol: X.Kante, 68 - İ.Vadji, 58. A.Zubir, 72.

Omoniya (Kipr) - Bazel (İsveçrə) 1:1
Qol: Kakulis, 16 - Milyar, 57.

Xal durumu: Qarabağ - 10, Bazel - 8, Omoniya - 2, Kayrat - 1.

Milli.Az


Etiketlər:  Konfrans Liqası Roma itirdi Tottenhem qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ