Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 18:40
"Atamda az-az öskürəklər var idi. Çox təkid etdim ki, gedək həkimə. Həkim dedi ki, zobdan deyil, onkoloji dispanserdə yoxladın. Həmin gün mənim üçün çox dəhşətli idi. Endoskopiya etdilər, yoxladılar. Müayinədən sonra dedilər ki, Ələkbər müəllim, siz gözləyin, qızınız gəlsin. Mən gəldim, dedilər ki, sənin atan xərçəng xəstəsidir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lamiyə Ələkbərova "Günün sədası" proqramında deyib. Mərhum atası haqda danışan aparıcı göz yaşlarını saxlaya bilməyib. O qeyd edib ki, atasını xərçəngdən itirib:
"10 ay ona qulluq etdik. Son 2 ayda şüa verdilər, yemək yeyə bilmədi. Biz çalışırdıq ki, evdə xörək bişirməyək. Çünki atamı iy vururdu. Atam isə yemək yeyə bilmirdi, boğazına şüa vermişdilər, o da çox olmuşdu".
Qeyd edək ki, L. Ələkbərovanın atası tarzən, Əməkdar artist Ələkbər Ələkbərovdur. O, 2010-cu ildə dünyasını dəyişib.