Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qayınanasını döydü, arvadının üzərinə sulfat turşusu atdı

Qayınanasını döydü, arvadının üzərinə sulfat turşusu atdı

Tarix: 6 Noyabr 2021 08:44

Sumqayıtda 41 yaşlı kişi qayınanasını döyüb, həyat yoldaşının üzərinə sulfat turşusu atıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 41 yaşlı Teymur Heydərli ailə münaqişəsi zəminində qayınanası, 1969-cu il təvəllüdlü Sədaqət Rüstəmovanı döyərək ona xəsarətlər yetirib. T.Heydərli həyat yoldaşı 1994-cü il təvəllüdlü Nərmin Heydərovaya da ağır bədən xəsarətləri yetirib, üzərinə sulfat turşusu atıb.

Hər iki şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 52 yaşlı S. Rüstəmovaya qapalı beyin travması, beyin silkələnməsi diaqnozu, N.Heydərovaya isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsi və sinə nahiyəsi 1 və 2-ci dərəcəli kimyəvi yanıq diaqnozu qoyulub.

Bədəninin 20 faizi yanan 27 yaşlı qadının vəziyyəti ağırlaşdığından o, Bakı Yanıq Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Qayınanasını döydü arvadının üzərinə sulfat turşusu atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ