Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliya çempionatında kütləvi dava olub

Braziliya çempionatında kütləvi dava olub

Tarix: 7 Noyabr 2021 13:36

Braziliya A Seriyasının XXX turunda "İnternasional" və "Qremio" komandaları arasındakı matçda kütləvi dava baş verib.

Milli.Az report-a istinadla bildirir ki, final fitindən sonra meydan sahibinin azarkeşləri rəqibə atmaca atıb.

Fanatlar "Qremio"nun loqosunun təsvir olunduğu karton tabutlar göstərib və onların aşağı liqaya gedişinə işarə vurub. Tərəfdarlara "İnternasional"ın bir neçə futbolçusu da qoşulub.

Qonaq komandanın oyunçuları bundan narazı qalıb və nəticədə kütləvi dava başlayıb. Daha sonra polis hadisəyə müdaxilə etməli olub.

Qeyd edək ki, görüş "İnternasional"ın 1:0 hesablı qələbəsi ilə bitib. Komanda 30 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşıb. "Qremio" isə 26 xalla 19-cu sıradadır.

Milli.Az


Etiketlər:  Braziliya çempionatında kütləvi dava olub


RƏYLƏR