Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kubokda hakim təyinatları

Kubokda hakim təyinatları

Tarix: 29 Aprel 2019 13:20

Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar açıqlanıb.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ" - "Qəbələ" matçı İnqilab Məmmədova, "Zirə" - "Sumqayıt" görüşü isə Əliyar Ağayevə tapşırılıb.

Xatırladaq ki, ilk oyunda "Qəbələ" evdə "Qarabağ"ı minimal hesabla məğlub edib. "Sumqayıt" isə "Zirə" ilə qolsuz heç-heçəyə razılaşıb.


1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 


Etiketlər:  Kubokda hakim təyinatları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ