Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yarım əsrlik rekordu qırdı

Yarım əsrlik rekordu qırdı

Tarix: 24 Avqust 2019 15:12

Dortmund “Borussiya”sının 19 yaşlı hücumçusu Ceydon Şanço Bundesliqada rekorda imza atıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa tarixində 15 qol vuran ən gənc oyunçu siyahısında C.Sanço birinci yerə çıxıb. O, buna dünən Bundesliqanın 2-ci turunda keçirilən “Köln” –“Borussiya” (1:3) matçında vurduğu 1 qolla nail olub.

Bu nəticə ilə ingilis futbolçu Bundesliqada 1967-ci ildə “Ştutqart”ın futbolçusu Horst Keppelə (19 il 185 gün) məxsus olan rekordunu təzələyib. Sanço bu uğura 19 il 151 günlüyündə yiyələnib.

Qeyd edək ki, Sanço 2017/18 mövsümündə 1, ötən mömsüm 12, bu mövsüm isə 2 qol vurub.

 


Etiketlər:  Yarım əsrlik rekordu qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ