Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada qeyri-iş günlərinin müddəti uzadılıb

Rusiyada qeyri-iş günlərinin müddəti uzadılıb

Tarix: 8 Noyabr 2021 09:26

Rusiyanın 5 vilayətində qeyri-iş günlərinin müddətini uzatmaq barədə qərar verilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu addımda məqsəd koronavirus pandemiyası ilə bağlı vəziyyəti sabitləşdirməkdir.

Novqorod, Kursk, Smolensk, Tomsk və Çelyabinsk vilayətlərinin rəhbərliyi bu gündən etibarən qeyri-iş günlərinin müddətini noyabrın 14-dək uzatmağa qərar veriblər.

Qeyd edək ki, oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ölkə üzrə 30 oktyabrdan 7 noyabradək qeyri-iş günləri elan edilmişdi. Regionların rəhbərliyinə zəruri hallarda bu müddəti artırmaq səlahiyyəti verilib.


Etiketlər:  Rusiyada qeyri günlərinin müddəti uzadılıb


RƏYLƏR