Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 13:20
Bakı. Samir Əli - Trend:
Neftçala rayonunda sərxoş sürücü ölümlə nəticələnən yol qəzası törədib.
Trend-in məlumatına görə, hadisə rayonun 1-ci Mayak kəndində baş verib.
Rayon sakini, 1971-ci il təvəllüdlü Xanməmmədov Elmar Vaqif oğlu kənd ərazisində sərxoş vəziyyətdə "Mercedes Benz" markalı avtomobili idarə edərkən 1-ci Mayak kəndi ərazisində Xəzər dənizi sahilində idarəetməni itirərək aşırıb.
Hadisə nəticəsində avtomobildə olan, 1971-ci il təvəllüdlü 1-ci Mayak kənd sakini Ələkbərov Vüqar Əliabbas oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin