Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mona Liza”nın nüsxəsi 412 minə satıldı

“Mona Liza”nın nüsxəsi 412 minə satıldı

Tarix: 10 Noyabr 2021 17:25

İtaliyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur "Mona Liza" tablosunun nüsxəsi satılıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, əsər 210 min avro (təxminən 412 min 663 manat) qarşılığında yeni sahibinə təqdim olunub. Satış "Artcurial" satış evi tərəfindən keçirilib.

Qeyd edək ki, dünyanın ən məşhur rəsm əsərlərindən olan "Mona Liza" hazırda "Luvr" muzeyinə saxlanılır.

İyun ayında avropalı kolleksiyaçı Leonardo da Vinçinin əsərinin XVII əsrə aid başqa bir surətini 2,9 milyon avroya satın alıb. 2017-ci ilin noyabrında isə rəssamın "Dünyanın xilaskarı" əsəri 450 milyon dollara alıcı tapıb.


Etiketlər:  Mona Lizanın nüsxəsi minə satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ