Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2021 18:08
Moskvada polis əməkdaşları kriminal aləmdə "Turikela" və ya "Mamuka Kaxeti" kimi tanınan 50 yaşlı gürcü "qanuni oğru" Mamuka Şubitidzeni saxlayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Prime Crime məlumat yayıb. Nəşr saxlanılan şəxsin əməliyyat videosunu da dərc edib. Görüntülərdə polis həmin şəxsdən qanuni oğru olub-olmadığını soruşsa da, o, bu suala cavab vermir. Məhkəmənin qərarı ilə Şubitidze Belarusa ekstradisiya olunana qədər həbs edilib. Orada o, qətl, oğurluq, yandırma və hökumət rəsmisinə qarşı zorakılıq hədələrində ittiham olunub. Cinayətlər 2020-ci ildə Minskdə törədilib.
1993-cü ildə bir polis məmurunu qətlə yetirdiyinə görə Gürcüstan tərəfindən axtarışda olan şəxs həmçinin bədən xəsarəti yetirmə, oğurluq və qanunsuz silah alverində ittiham olunur. Ədalətdən qaçmaq üçün Şubitidze adını və soyadını dəyişərək David Barataşvili olub.
Anar Əli