Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vasif Talıbov göstəriş verdi - Naxçıvanda restoranlar bağlandı

Vasif Talıbov göstəriş verdi - Naxçıvanda restoranlar bağlandı

Tarix: 11 Noyabr 2021 12:20

Bir müddətdir Naxçıvanda fəaliyyət göstərən bir sıra restoranlar işləmir.

Milli.Az Manset.az-a istinadən bildirir ki, muxtar respublikanın Naxçıvan şəhərində fəaliyyət göstərən əksər restoranlar xeyli müddətdir çalışmır. Ancaq toy etmək üçün restoranlar fəaliyyət göstərir. Bununla belə şəhərin mərkəzində yerləşən və gündəlik muxtar respublikaya gedən turistlərin yemək yemək istədiyi, möhtəşəm gözəlliyi ilə seçilən "Nuh-Yurdu", "Köşəbaşı", Naxçıvan Atçılıq Mərkəzinin içərisində olan restoranlar və daha bir neçəsi hazırda fəaliyyətini dayandırıb. Bir sıra ölkələrdən və yerli əhalinin də tez-tez səfər etdiyi Naxçıvan şəhərində insanlar yemək yemək üçün açıq, eyni zamanda yüksək səviyyəli xidmət göstərən restoran tapa bilmir.

Araşdırmalar nəticəsində bəlli oldu ki, restoranların fəaliyyətinin dayandırılması göstərişini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov verib. Onun hansı səbəbdən belə qərar qəbul etməsi bəlli deyil. Restoranların fəaliyyətinin hansı səbəbdən dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət etsək də, onlar bu barədə məlumatlarının olmadığını bildirdi.

Milli.Az


Etiketlər:  Vasif Talıbov göstəriş verdi Naxçıvanda restoranlar bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ