Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şadlıq sarayının icarədarı karantini pozduğuna görə məsuliyyətə cəlb olunub

Şadlıq sarayının icarədarı karantini pozduğuna görə məsuliyyətə cəlb olunub

Tarix: 12 Noyabr 2021 11:24

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı "Səma" şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Qayda pozuntusuna yol verən obyektin icarədarı A.Abbasov barəsində qanunvericiliyə uyğun tədbir görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.


Etiketlər:  Şadlıq sarayının icarədarı karantini pozduğuna görə məsuliyyətə cəlb olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ