Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 06:34
"Instagram" sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə xidmətin rəhbəri Adam Mosseri "Twitter" səhifəsində məlumat verib.
"Bu həftə biz "Take a break" ("Fasilə et") funksiyasını sınaqdan keçirməyə başladıq. Bu opsiya sizə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün tətbiqdə xatırlatma almağa imkan verəcək", - deyə mesajda bildirilir.
Planlaşdırılır ki, sınaq uğurlu olarsa, artıq dekabr ayında funksiyadan istifadə etmək mümkün olacaq. Qeyd olunur ki, belə fürsət hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır.