Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu aşkarlanarsa, hansı hallarda vergi öhdəliyi yaranmır?

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu aşkarlanarsa, hansı hallarda vergi öhdəliyi yaranmır?

Tarix: 14 Noyabr 2021 22:30

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə hansı hallarda vergi öhdəliyi yaranmır?

Dövlət Vergi Xidmətindən Milli.Az-ın sualına cavab olaraq bildirilib ki, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla, Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

Həmçinin xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda da vergi öhdəliyi yaranmır.

Milli.Az


Etiketlər:  Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu aşkarlanarsa hansı hallarda vergi öhdəliyi yaranmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ