Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 09:32
Hollivudun ən gizli qətllərindən biri olan Nataliya Vudun qətlindən 40 il keçib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, 43 yaşında öldürülən aktrisa "West Side Story"də oynadığı Maria, "Splendor in the Grass"dakı Uilma Loomis obrazları ilə hər zaman xatırlanıb.
1981-ci ilin noyabrında Vud əri Robert Uaqner və tərəf müqabili Kristofer Ualkenlə birlikdə Kaliforniya sahilindəki 16 metrlik yaxta ilə gəzintiyə çıxıb. Səhri gün aktrisanın cəsədi Katalina adasında sahildə tapılıb.
Aradan 40 il keçsə də onun ölümünün gizli məqamları açığa çıxmayıb. Hadisə ilə bağlı kitablar yazılıb, sənədli filmlər çəkilib. Nataliyanın qəza nəticəsində öldüyü və ya bir cinayətə qurban getdiyi bütün onunla bağlı film və kitablarda gizli qalıb.
Onun bacısı lana isə 40 ildir bu cinayıtin üstünü açmağa çalışır. Nataliya və Lananın ana-atası Bolşevik dövründən ABŞ-a qaçanlardan olub. Lana kitabında bacısının 15 yaşında olanda bir otelə apardığını, burada Kirk Douqlasın otağına göndərildiyini söyləyib.
Nataliya 1957-ci ildə Robert Uaqnerlə ailə qurub. Lana kitabda anasının təkidi ilə 9 yaşından aktrisalıq etdiyini, 16 yaşında ərə getdiyini yazıb. Ərinin tez-tez döydüyü Lana 2 ay sonra boşanıb və 17 ildə 5 dəfə ərə gedib.
Kitabda yer alan digər bir məqamda isə qətlin yaşandığı gecə ilə bağlı olub. Vud, Uaqner, Ualken və yaxtanın kapitanı Dennis Davern birlikdə şam yeməyi yemək üçün sahilə yollanıb. Geri gələndə isə Vudla Uaqner arasında mübahisə düşüb. Əri onunla bağlı polisə ifadə verərkən xanımın mübahisədən sonra yaxtadan getdiyini deyib. Vudun cəsədi sudan çıxarılanda əynində qırmızı gecə paltarı, corab və palto olub. Onun üzündə cızıqlar olub. Onun cinayəti ilə bağlı araşdırma qısa zamanda bağlanıb. Lana cinayəti bacısının ərinin törətdiyini dəfələrlə iddia etsə də, onun fikirlərinə əhəmiyyət verən olmayıb.