Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 13:48
Bir ailənin iki oğlu vətən müharibəsində döyüşlərə atıldı. Gədəbəy rayonunun İnəkboğan kəndində Allahverdiyevlər ailəsində iki qardaş bir-birindən xəbərsiz eyni amal üçün döyüşlərdə iştirak edib. Qardaşlardan biri Turxan Allahverdiyev noyabrın 8-ində Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Tural və Turxan Allahverdiyev qardaşları hərbi xidmət dövründə Vətən Müharibəsində düşmənə qan udduran igidlərimizdən olub. Müddətdən artıq xidmət edən hər iki qardaş Gədəbəy rayonunun İnəkboğan kəndində dünyaya göz açıblar.Tural Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı Şuşada döyüşən qardaşı Turxan Allahverdiyevin şəhid xəbərini alıb.
Düşmənin ondan çox hərbçisini məhv edən Turxan Allahverdiyev komandirlərdən birini və iki döyüş yoldaşını düşmənin xidməti maşını ilə təhlükəsiz əraziyə çıxarıb.Bundan sonra yenidən döyüşə qayıdan şəhidimiz bir müddətdən sonra düşmənin artileriya atəşi zamanı şəhadətə ucalıb.
Turxanın əziz xatirəsi adına olan bulaq kompleksində ilə əbədiləşdirilib. Bu gün açılışı olan bu bulaqdan su içən hər kəs Turxan kimi qəhrəmanları bir daha yad edəcəklər
Turxan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə " və "Hərbi xidmətlərə görə " medalları ilə təltif edilib.