Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 18:56
Rusiyanın İrkustk vilayətində dəhşətli cinayət baş verib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, vilayətin Zalari qəsəbəsində 2 miqrant diri-diri yandırılıb. Məlumata görə, miqrantlar qəsəbə sakini olan gənc qıza sataşıblar. Bundan sonra gərginlik yaranıb. İyirmi nəfər qəsəbə sakini miqrantların işlədiyi tikintiyə gələrək onların yatdığı vaqonu yandırıblar.
Nəticədə iki miqrant diri-diri yanıb, 5 nəfər isə yaralanıb.
Qeyd edək ki, öldürülən miqrantlar Tacikistan vətəndaşı olublar.