Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənninin qardaşı oğlu qətlə yetirildi - FOTO

Müğənninin qardaşı oğlu qətlə yetirildi - FOTO

Tarix: 16 Noyabr 2021 15:24

Türkiyəli müğənni Ferdi Özbegenin 52 yaşlı qardaşı oğlu Hakan Özbegen bıçaqlanaraq öldürülüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun cəsədi evində tapılıb.

Hadisə səhər saatlarında Hamidiye məhəlləsində baş verib. Səsləri eşidənlər bu barədə polisə xəbər verib. Evə daxil olan polis əməkdaşları Hakanı yerdə uzanmış vəziyyətdə tapıb. Olay yerinə gələn tibbi heyət onun öldüyünü müəyyən edib. 

Qətlə görə dava edən Ferid A., həyat yoldaşı Nihan A. adlı şəxslər və əlində bıçaq olan mərhumun oğlu Çağata gözaltına alınıb. Şübhəlilər qətldə bir-birini günahlandırıb. Hakanın saxlanılan cütlüyün qızı İ.A. ilə bir müddət münasibətdə olduğu iddia edilib.

Çağatay ilkin ifadəsində Feritin atasını bıçaqlamasına mane olmaq istədiyini və bu səbəbdən polis gələndə əlində bıçaq olduğunu bildirib. Cütlük isə qətli Çağatayın törətdiyini iddia edib.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Milli.Az


Etiketlər:  Müğənninin qardaşı oğlu qətlə yetirildi FOTO


RƏYLƏR