Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 22:40
Uca Allah hər kəsin nə işlər gördüyünü göstərəcək və şahidlər gətirəcəkdir. Qurani Kərimin Əraf surəsi 6-cı ayəsində "Şübhəsiz ki, elçi göndərilənlər də, elçilərin özlərini də mütləq sorğu-sual edəcəyik." buyrulmaqdadır.
Ayədən gördüyümüz kimi, Allahın elçiləri olan peyğəmbərlər də və bu həqiqəti çatdıran elçilər və onların xalqları hamısı axirətdə sorğu-suala çəkiləcəkdir. Bunu da Zuxruf surəsi 44-cü ayəsində görməkdəyik:
"Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız."
Nəticə etibarilə, axirətdə savabı günahından çox olanlar cənnətə gedəcəkdir. Günahı savabından ağır olanlar da cəhənnəmə. Rəbbimiz, Qariə surəsində belə buyurmaqdadır:
"(O gün) kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək.
Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə (Cəhənnəm) olacaqdır." (Qariə, 5-9)