Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalq artisti başıma elə oyun açdı ki...''

''Xalq artisti başıma elə oyun açdı ki...''

Tarix: 1 Avqust 2025 11:50

Müğənni Rəqsanə İsmayılova qalmaqallı açıqlamalar verib.

Sonxeber.net xəbər verir ki, sənətçi illər öncə anasının və bacısının qadın alverində adlarının hallanmasından söz açıb.

İsmayılova doğmalarına bu böhtanı atıb, nüfuzuna xələl gətirmək istəyən şəxsin Xalq artistlərindən biri olduğunu etiraf edib:

"Məni ana və bacımla vurdular. Bütrün dostlarım ətrafım tanıyır ki, anam necə qadındır. O, bizi əziyyətlə saxlayıb. Mənə böyük bir oyun quruldu. Bütün toylarım əlimdən getdi. Külli miqdarda borca düşdüm. Evimi, maşınımı da itirdim. Adi şou proqrama gedəndə qorxub həyəcan keçirirdim, insanlar deyəcək ki, belə işlərlə məşğulam. Halbuki, o şeylərdən bizim xəbərimiz yox idi. Bu oyunları kişi Xalq artisti başıma açdı. Yaxınlarım olan hər kəs bunu bilir. O kişi ilə görəndə görüşürəm, ancaq heç vaxt bağışlamaram. Ürəyimdə o qədər bəd dua etmişəm ki...

Bütün həyatımı məhv etdilər. Aysun, bacımın uşaqları utancından məktəbə gedə bilmirdilər. Ailəmi və sənətimi darmadağın etdilər. Uğurlarımı həzm edə bilməyən müğənnilər məni yerdən-yerə vurdular. Peterburqa konsertə 40 nəfərlik komanda ilə gedirdim. 40 min Avro pul danışmışdım. O vaxt Tünzalə Ağayeva heç ad almamışdı. Müğənnilər hamısı bir prodüser ilə gəlmişdi. O konsertə Röya Ayxan, Zülfiyyə Xanbabayeva dəvət olunmuşdu. Həmin vaxt  Z.xanbabayeva hamilə idi, Röya da əməliyyat olunmuşdu. Tədbirə mən, kişi Xalq artsiti, bir də Tünzalə Ağayeva getmişdi. Qayıdandan sonra başıma böyük problemlər gəldi".

Musa


Etiketlər:  Xalq artisti başıma elə oyun açdı


RƏYLƏR