Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2025 10:00
Dünya ulduzu Castin Timberleykə Laym xəstəliyi diaqnozu qoyulub.
Sonxeber.net xəbər verir ki, bu barədə amerikalı müğənni özü məlumat yayıb.
Pop ulduz xəstəliyin nə vaxt aşkarlandığını bildirməyib.
Castin diaqnozla bağlı əvvəlcə danışmaq istəməsə də, hekayəsinin yanlış anlaşılmaması üçün açıq danışmağa qərar verib.
Qeyd edək ki, Laym xəstəliyi gənələr vasitəsilə yayılan təbii ocaqlı infeksiyadır. Bu xəstəlik dəriyə, oynaqlara, sinir sisteminə və ürək-damar sisteminə zərər yetirə bilər.
Musa