Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda məktəbə “patı” gətirib, uşaqlara zorla veriblər? - DİN məsələyə aydınlıq gətirdi

Bakıda məktəbə “patı” gətirib, uşaqlara zorla veriblər? - DİN məsələyə aydınlıq gətirdi

Tarix: 17 Noyabr 2021 10:34

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda məktəblərin birinə "patı" gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların araşdırılması yekunlaşıdırılıb.

O qeyd edib ki, məsələ təsdiqini tapmayıb: "Bəzi sosial şəbəkə seqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir".

"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir" - o vurğulayıb.


Etiketlər:  Bakıda məktəbə patı gətirib uşaqlara zorla veriblər DİN məsələyə aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ