Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 15:25
Bu günədək bir çox sosial layihələrə imza atan iş xanımı Ruhi Əliyeva bu dəfə şiddət görən azyaşlıların müdafiəsinə qalxıb.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, o, mövzu ilə bağlı qısa videoçarx çəkdirərək instaqram hesabında paylaşıb və bu sözləri qeyd edib:
"Biz-balaca qızların hər birimizin xəyalımızda dadı şirin, özü bəzəkli, rəngi göy qurşağı kimi dünyamız var. Elə bir dünya ki, orda siz böyüklərin qışqırıqları, şiddəti, həqarəti bizim acımız, göz yaşımız yoxdur. Kimsə bizi incitmir, şillə vurmur, qadağalar qoymur, yetkinlik yaşına çatmamış bizi zorla ərə vermir, təhdid etmir, zorlamır, anamızı döymür. Yaddaşımıza unuda bilməyəcəyimiz ağrılar, əzablar həkk eləmir. Elə bir dünya ki, orada hər kəs başımıza sığal çəkir, bağrına basır, sabahlar sevgi ilə açılır, gecələr nağıllarla bitir. O dünya ki, orda yalnız sevgi və sevinc bərqərardır. Bizə o dünyanı bəxş edə bilərsinizmi?"
Qeyd edək ki, videonu Nuran Məmmədov lentə alıb.