Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni politoloq TƏHQİR ETDİ: ''Sizin yeriniz zibillikdir''

Erməni politoloq TƏHQİR ETDİ: ''Sizin yeriniz zibillikdir''

Tarix: 18 Noyabr 2021 16:16

"Erməni xalqı deyirdi ki, biz uşaqlarımızı Qarabağa göndərmək istəmirik. Biz döyüşmək istəmirik. Döyüşmək istəməyənin axırı budur. Bilirsiniz nə var, ümumiyyətlə, sizin yeriniz zibillikdir, deməli dövlət sahibi olmağa haqqın yoxdur. Döyüşə bilməyənə heç kim hörmət qoymur".

Sonxeber.net Publlika.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Andranik Mihranyan deyib.

Politoloq bildirib ki, erməni xalqının bu duruma düşməsinin səbəbi elə özləridir.

Mihranyan öz xalqını təhqir etməkdən də çəkinməyib: "Bizim yeganə tərəfdaşımız Rusiya idi. Biz ona arxa çevirdik. Ötən ilki müharibədə Rusiyanı xəyanətdə suçladıq. Axı bizim qadınlar oğullarını döyüşə yollamadılar. "Uşaqlarımız Qarabağa getməsin, uşaqlarımız döyüşə getməsin" - deyirdilər. Belə olan halda rus gəlib bizi qoruyacaq? Özü-özünü qorumayanı heç kim qoruyası deyil. Bundan əmin ola bilərsiniz. Görün Rusiyadan nə qədər uzaq düşmüşük ki, Moskva son hadisələri də yalnız "sərhəd olayları" adlandırır. Əgər sən döyüşmürsənsə, bir daha deyirəm, sənin yerin zibillikdir".


Etiketlər:  Erməni politoloq TƏHQİR ETDİ Sizin yeriniz zibillikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ