Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi Qaxda hamilə qadının xəsarətləri barədə məlumat yaydı

Səhiyyə Nazirliyi Qaxda hamilə qadının xəsarətləri barədə məlumat yaydı

Tarix: 26 Avqust 2019 14:50

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində boğulma xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.

Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb.

Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səhiyyə Nazirliyi Qaxda hamilə qadının xəsarətləri barədə məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ