Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 yaşlı TikTokçu polis şöbəsinə çağırıldı

16 yaşlı TikTokçu polis şöbəsinə çağırıldı

Tarix: 19 Noyabr 2021 16:16

Bir neçə gün öncə "TikTok" platformasında "[email protected]" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib:

"O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.

Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib", - məlumatda qeyd edilib.

Milli.Az


Etiketlər:  yaşlı TikTokçu polis şöbəsinə çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ