Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kitabxandan götürülən kitab 73 il sonra geri qaytarıldı

Kitabxandan götürülən kitab 73 il sonra geri qaytarıldı

Tarix: 20 Noyabr 2021 08:40

Şotlandiyada maraqlı hadisə yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, kitabxandan götürülən kitab bir qadın tərəfindən 73 il sonra geri qaytarılıb.

Kitabxana əməkdaşı Donna Duren itmiş hesab edilən kitabın geri qayıtmasına inana bilməyib.

Kitabı göndərən qadın məktub da yazıb. O məktubda bildirib ki, kitabı 1948-ci ildə atası götürüb. Lakin kişi bu yaxınlarda dünyasını dəyişib. Qızı atasının əşyalarını çeşidləyərkən kitabı tapıb və geri qaytarmaq qərarına gəlib.

Kitabxana əməkdaşı bildirib ki, belə bir gecikmə üçün 4000 dollar ödənilməlidir, lakin kitabxanadan götürlən kitabların geri qaytarılmasını stimullaşdırmaq üçün cərimələr ləğv edilib.

Milli.Az


Etiketlər:  Kitabxandan götürülən kitab sonra geri qaytarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ