Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa... - FOTO

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa... - FOTO

Tarix: 20 Noyabr 2021 12:36

Sumqayıt Dövlət Dram Teatrı  pandemiya ilə əlaqədar məşqləri saxlanılmış daha bir səhnə əsərini hazırlayaraq təhvil vermişdir. Kollektiv bu dəfə kiçik yaşlı tamaşaçılarını sevindirəcəkdir. Bugün teatrda Azərbaycan Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluşunda   məşhur Azərbaycan nağılı "Göyçək Fatma" tamaşasının  daxili baxışı keçirildi.  Tamaşanın quruluşçu rəssamı  teatrın baş rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu  B.Şukin adına   Rusiya Ali Teatr məktəbinin məzunu  Vüsal Mehrəliyev, musiqi tərtibatı Fuad Kazımova aiddir.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşanın ərsəyə gəlməsində əməyi keçən teatr əməkdaşlarını təbrik edərək, maraqlı tamaşa üçün yaradıcı və texniki heyətə  öz təşəkkürünü bildirdi. Ümumilikdə ideyanın çatdırılmasını vurğuladı, bəzi texniki məqamlara yenidən nəzər salınmasını tövsiyyə etdi.

Baş rejissor, Xalq artisti Firudin Məhərrəmov da maraqlı  aktyor oyunlarına və rejissor işini qeyd etdi. Tamaşanın rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssam Elşən Sərxanoğlu çıxışlarında yaradıcı heyəti təbrik edərək onlara uğurlar arzuladı.

Tamaşada rolları Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Elmir Mehtiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə və İradə Zeynalova ifa edirlər. Tamaşa tezliklə kiçik tamaşaçılara təqdim olunacaqdır.

Milli.Az


Etiketlər:  Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa FOTO


RƏYLƏR