Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan artıq Rusiyanın əyalətidir - Amerikalı ekspert

Ermənistan artıq Rusiyanın əyalətidir - Amerikalı ekspert

Tarix: 22 Noyabr 2021 11:09

"Mən iddia edirəm ki, Ermənistan artıq mahiyyətcə Rusiyanın əyalətidir və tarixən olduğu kimi bundan sonra da Rusiyanın dəstəyi olmadan bir dövlət kimi də mövcud olmayacaq".

Bunu Sonxeber.net-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Moskva Bakını sonsuz sərhəd bataqlığına salmağa çalışır:

"Doğrudan da, heç bir təbii sərvətləri olmayan Ermənistan həm iqtisadi, həm də siyasi baxımdan Rusiyadan asılı vəziyyətdədir. Biz Moskvanın keçmişdə Ermənistana öz hərbi bazası kimi yanaşdığını və iki ölkənin ordularının birləşdirilməsini müzakirə etdiyini görmüşük.

Ermənistanın Azərbaycanın indi azad edilmiş ərazilərini 30 il əvvəl işğal etməsi Kremlin ciddi dəstəyi ilə mümkün olub. Müstəqil ölkə kimi Azərbaycan Rusiya üçün dəyərli ticarət tərəfdaşıdır, eyni zamanda təbii sərvətlərə malik olması və qərbyönlü siyasi meylinə görə enerji böhranı məsələsində rəqabət aparır ki, bu da Moskvanın Avropa və ABŞ-a qarşı siyasəti ilə ziddiyyət təşkil edir.

Ermənistanın Azərbaycanla münaqişəsi Kremlin Azərbaycanın Cənubi Qafqazda həddindən artıq müstəqil dövlətə çevrilməsinin qarşısını almaq üçün bir yol idi.

İndi Bakı regional inteqrasiya planlarında, eləcə də enerji, iqlim və texnologiya ilə bağlı müxtəlif layihələrdə Aİ-dən açıq dəstək alır. Moskva regionda təsirini itirməkdən narahatdır və Azərbaycanı təxribatlara şərait yaratmaqla və danışıqlar prosesini uzatmaqla sonsuz sərhəd bataqlığına salmağa çalışır. Bunun bir yolu sərhədlərdə öz sülhməramlılarını saxlamaqla üçtərəfli bəyanatın icrası zamanı təsir imkanlarını saxlamaqdır ki, bu yolla Ermənistan tərəfini növbəti müxtəlif təxribat formalarına təşviq etməyə çalışacaq".

Təhməz Əsədov


Etiketlər:  Ermənistan artıq Rusiyanın əyalətidir Amerikalı ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ