Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 16:15
Bakıda noyabrın 10-dakı güclü külək zamanı "PRoMete" ləqəbiylə tanınan reper Pərviz İsaqovun anası ağır xəsarət alıb.
Sonxeber.net xəbər verir ki, reper bu barədə şəxsi "Instagram" hesabında etdiyi videomüracətdə məlumat verib.
Pərviz Sadıqov hadisənin külək başlayarkən baş verdiyini deyib:
"Güclü külək başlayan zaman anam yaşadığı Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir neçə qonşuyla "bisetka"da olub. Küləyin başladığını görərək onlar evə getmək qərarına gəliblər. Bu zaman güclü külək həyətdəki ağacı anamın üstünə aşırdıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya etdilər".
Reper həmin ağaclarla bağlı sakinlər tərəfindən dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də heç bir tədbir görülmədiyini diqqətə çatdırıb:
"Hadisədən sonra məlum qurumlar gəlib həyətdəki aşan ağacın qalıqlarını təmizləyiblər. Lakin hələ heç bir qurum anamla maraqlanmayıb. Bildirim ki, həmin ünvanda aşan ağacla bağlı dəfələrlə sakinlər aidiyyəti qrumlara müraciət ünvanlayıb, amma baxılmayıb. Mən Yasamal Rayon Prokurorluğuna da müraciət etmişəm. Əminəm ki, bu məsələ dəqiq araşdırılacaq və günahkar olanlar öz cəzasını alacaqlar".