Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazirin müavini: Zaqrebdə Azərbaycan-Xorvatiya biznes-forumu keçiriləcək (YENİLƏNİB)

Baş nazirin müavini: Zaqrebdə Azərbaycan-Xorvatiya biznes-forumu keçiriləcək (YENİLƏNİB)

Tarix: 29 Aprel 2019 14:48

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Xorvatiya qarşılıqlı əmtəə dövriyyəsini artırmaq imkanına malikdirlər.

Trend-in məlumatına görə, bunu Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriç Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Xorvatiya yaxın gələcəkdə Zaqrebdə biznes-forum keçirməyi planlaşdırırlar:

"Biz, həmçinin iqtisadi əməkdaşlığımız çərçivəsində birgə komissiya yaratmışıq. Bu komissiyanın iclası bu ilin sonu və gələn ilin əvvəlində keçiriləcək".

Nazir Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara dəstəyini də ifadə edib:

"Xorvatiya iştirakçı ölkə kimi bu danışıqları dəstəkləyir. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının çox mühüm ölkəsidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baş nazirin müavini Zaqrebdə Azərbaycan Xorvatiya biznes forumu keçiriləcək YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ