Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 23:08
Rusiyada cinayət işində adı hallanan şəxslərin milliyyətinin və dini mənsubiyyətinin KİV-də və internetdə açıqlanmasının qadağan edilməsi təklif olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Çeçenistan parlamenti Dövlət Dumasına bu barədə qanun layihəsi təqdim edib. Layihəyə əsasən, cinayət əməlində şübhəli bilinən şəxslərin milliyyətinin, dini mənsubiyyətinin və Rusiyanın tərkibində olan hər hansı bir xalqa aidiyyətinin açıqlanması qadağan edilməlidir.