Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 13:54
Sumqayıtda əlil və şəhid ailələri üçün yaşayış binasına isti suyun verilməsi borca görə dayandırılıb. Bina sakinləri ötən illə müqayisədə bu il isti suyun qiymətində kəskin artımın olduğunu deyirlər. Aidiyyəti qurumlar isə qiymət artımını qanuni sayırlar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda 2020-ci ildə yaşayış binalarına verilən isti suyun qiyməti 1 manat 92 qəpik olduğu halda, bu rəqəm cari ildə artırılaraq, 3 manat 35 qəpiyə çatıb. Nəticədə bəzi binalarda sakinlər artımla yaranan bu fərqi ödəyə bilmədikləri üçün borcları əmələ gəlib. Əlil və şəhid ailələri üçün tikilmiş yaşayış binası da belə binalardan biridir.
Sakinlər deyirlər ki, hər il isti suyun qiymətini artırırlar. Ona görə də borc yaranıb.
Məsələ ilə bağlı "Azəristiliktəhcizat" ASC-dən bildirildi ki, binaya isti suyun verilməsinə görə hesablanan qiymət tam qanunidir.
"Azəristiliktəchizat"dan o da bildirildi ki, vətəndaşlar həmin borcu ödədikləri təqdirdə, binaya isti suyun verilməsi bərpa ediləcək.