Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 18:52
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 83,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel çoxdur.
Bu barədə Sonxeber.net-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.