Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 11:40
"Övladımın dördünün də adını özün seçmişəm. Daha bəsdir, 4 övlad kifayətdir. Uşaqları böyütmək çox çətindir. Kənardan asan görsənir. Həm psixoloji, həm tərbiyəsi, həm maddi baxımdan çətindir. Uşağa yüksək təhsil vermək üçün maddiyat lazımdır".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Tarixin bir günü" proqramında deyib. Sənətçi bir müddət əvvəl beşinci dəfə ana olması haqda söz-söhbətə son qoyub.
Səhhətindən danışan Xuraman psixoloqa getdiyini etiraf edib:
"Psixoloqa gedirəm, bir problem olan kimi gedirəm. Uşaqlarımı da aparıram. Amma ən yaxşısı özünlə bacarmaqdır, Allahla söhbət edin. O, sirrinizi heç kimə demir. Həyat yoldaşım istəmir uşaqlarımız şou sahəsinə gəlsin. Amma oğlum rep yazır. İncəsənət adamlayırıq, uşağı aparıb həkim etməyin mənası yoxdur. Uşağın qabına baxıb yönəltmək lazımdır".