Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 12:00
Nə qədər ki, Rusiya yanımızdadır, təhlükə hər an mövcuddur.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
"Biz hər şeyi analiz edirik və sistemləşdiririk. Baş katib olaraq Budanovun (Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov - red.) söylədiyi kimi, heç bir təhlükə görmürəm. Amma Ukrayna hazırdırmı? Bəli! Müharibə olacaqmı? Bu sual bu gün açıq olaraq qalır. Rusiya yanımızda olduğu müddətcə təhlükə var. Birbaşa müdaxilənin olması üçün müəyyən proseslər lazımdır ki, hazırda da onlar yoxdur. Vəziyyət nəzarətimizdədir", - deyə Danilov bildirib.