Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 18:50
"Yuventus"un Turin və Milandakı ofislərində maliyyə polisi tərəfindən araşdırmalar başlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, araşdırmalarda "Yuventus"un 2019-2021-ci illər aralığında maliyyə hesabları nəzərdən keçirilir. Həmçinin klubun prezidenti Andrea Anyelli və onun köməkçisi Pavel Nedved də saxlanılıb. Hər iki şəxs 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir.
Anyelli və Nedveddən başqa Turin təmsilçisinin keçmiş idman direktoru Fabio Paratiçi və Kommersiya departamentinin 3 əməkdaşı da istintaq altındadır.