Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

Tarix: 29 Noyabr 2021 17:15

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.


Etiketlər:  Gənclər idman nazirinə yeni müavinlər təyin edilib


RƏYLƏR