Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Levandovski 2021-ci ilin hücumçusu oldu

Levandovski 2021-ci ilin hücumçusu oldu

Tarix: 30 Noyabr 2021 07:16

"Bavariya"nın polşalı forvardı Robert Levandovski 2021-ci ilin ən yaxşı hücumçusu seçilib.

Bu Parisdə keçirilən "France Football"un mükafatlandırma mərasimində elan olunub.

Bu mükafat ilk dəfədir təqdim olunur və onu təqvim ilində ən çox qol vuran oyunçu alacaq.

33 yaşlı polşalı 2021-ci ildə Almaniya çempionu və ölkə superkubokunun sahibi olub. Ötən mövsüm o, "Bavariya"nın heyətində bütün turnirlərdə 40 oyun keçirib, 48 qol vurub və 9 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Levandovski 2021 ci ilin hücumçusu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ