Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Koronavirus keçirənlərin “omikron”a yoluxma ehtimalı daha yüksəkdir” - ÜST

“Koronavirus keçirənlərin “omikron”a yoluxma ehtimalı daha yüksəkdir” - ÜST

Tarix: 30 Noyabr 2021 10:06

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 keçirənlərə "omikron" ştammı ilə yenidən yoluxa biləcəkləri barədə xəbərdarlıq edib.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, "COVID-19 keçirən insanların narahatlıq doğuran digər variantlarla müqayisədə yenidən "omikron"a yoluxma ehtimalı daha yüksək ola bilər", - deyə ÜST-ün məlumatında bildirilir.

Ancaq yeni ştamla yoluxmanın digər variantlarla müqayisədə daha ağır keçib-keçmədiyi hələlik məlum deyil.

"Mövcud məlumata görə, Cənubi Afrikada xəstəxanaya qəbul nisbəti daha yüksəkdir. Bununla belə, bu, "omikron"la deyil, ümumi yoluxanların sayının artması ilə əlaqəli ola bilər", - deyə ÜST-dən izah edilib.

Eyni zamanda, təşkilatdan mövcud peyvəndlərin COVID-19-un yeni variantına qarşı da təsirli olduğuna əmin edirlər.


Etiketlər:  Koronavirus keçirənlərin omikrona yoluxma ehtimalı daha yüksəkdir ÜST


RƏYLƏR