Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moda gecəsinin parlayanları - FOTOlar

Moda gecəsinin parlayanları - FOTOlar

Tarix: 1 Dekabr 2021 12:00

2021- İngilis Moda mükafatları ötən gün "Röyal Albert Hall"da təşkil olunan mərasimdə sahiblərinə təqdim edilib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, gecəyə modellər və modelyerlərlə yanaşı Dua Lipa, Demi Moore, Kris Jenner, Priyanka Chopra kimi məşhur simalar qatılıb. Namizədlər mükafat üçün yarışarkən məşhurlar da qırmızı xalıda rəqabət aparıblar.

Mərasimdən bir gün əvvəl dünyasını dəyişən modelyer Virgil Abloh da anılıb. Onunla yanaşı digər dizaynerlər də mükafatlara layiq görülüblər. Alessandro Michele "qabaqcıl modelyer" mükafatına, "Kim Jones" "İlin dizanyeneri", Tommy Hilfiger "Üstün başarı" mükafatına layiq görülüb.

"Yaradıcılıq" kateqoriyasında Abloh, Alessandro Michele, Demna Gvasalia, Kim Jones və Jonathan Anderson, "Çevre" kateqoriyasında Bethany Williams, Gabriela Hearst, Phoebe English, Priya Ahluwaliya  və Stella McCartney, "Xalq" kateqoriyasında isə Edvard Enningful, Harris Reed, Kenya Hunt, Samuel Ross və Telfar Clemens mükafatlandırılıb.

Milli.Az


Etiketlər:  Moda gecəsinin parlayanları FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ