Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID fondundan oğurladığı pulla “Lamborghini” alana 9 illik həbs verildi

COVID fondundan oğurladığı pulla “Lamborghini” alana 9 illik həbs verildi

Tarix: 1 Dekabr 2021 12:12

ABŞ-ın Texas ştatında saxta sənədlərlə Covid-19 üçün verilən güzəştli krediti alaraq lüks alış-veriş edən şəxs 9 il həbs cəzasına məhkum edilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyindən verilən açıqlamada, Texasdan olan 30 yaşlı Li Praysın fırıldaqçılıq və çirkli pulların yuyulmasında günahkar bilindiyi vurğulanıb.

Linin vergi qeydlərini saxtalaşdıraraq Covid-19 fondundan 1,6 milyon dollar kredit götürdüyü və "Lamborghini Urus", "Ford F-350" avtomobilləri və "Rolex" saatı kimi bahalı əşyalar aldığı qeyd edilib.

Ona qarşı irəli sürülən ittihamları etiraf edən Linin məhkəmədə 9 il həbs cəzası aldığı bildirilib.

Nazirlikdən bildirilib ki, Dələduzluqla Mübarizə İdarəsi tərəfindən COVID-19 yardım fondlarında fırıldaqçılıq faktı ilə bağlı 150-dən çox müttəhim barəsində 95-dən çox cinayət işi açılıb.

Bütövlükdə, indiyədək sözügedən fondlardan qeyri-qanuni yollarla 75 milyon dollardan çox nağd pul götürülüb.

Milli.Az


Etiketlər:  COVID fondundan oğurladığı pulla Lamborghini alana 9 illik həbs verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ