Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2020-ci il üçün "Qızıl top" mükafatı Levandovskiyə verilə bilər

2020-ci il üçün

Tarix: 1 Dekabr 2021 18:40

Fransanın "France Football" nəşri 2020-ci il üçün "Qızıl top" mükafatını Almaniya "Bavariya"nın futbolçusu Robert Levandovskiyə verə bilər.

Milli.Az report-a istinadən bildirir ki, nəşrin baş redaktoru Paskal Ferret "Watson"a açıqlamasında PSJ-də çıxış edən Lionel Messinin təklifini nəzərdən keçirmələrinin mümkünlüyünü söyləyib.

O, argentinalı oyunçunun dediklərini gözəl və ağıllı fikir adlandırıb: "Düşünmürəm ki, qərar verməkdə tələsməliyik. Bu barədə düşünə bilərik. Eyni zamanda səsverməyə əsaslanan "Qızıl top"un tarixinə də hörmətlə yanaşmalıyıq. Əmin ola bilmərik ki, Levandovskinin keçən il bu mükafatı qazanacaqdı. Çünki səsvermə yox idi. Amma düzü, ötən il onun qalib gəlmə şansı çox idi".

Qeyd edək ki, 2021-ci ildə Lionel Messi "Qızıl top"a layiq görülüb. O, mükafatı aldıqdan sonra Robert Levandovskinin 2020-ci il üçün bu mükafatı almalı olduğunu söyləyib. "France Football" koronavirus pandemiyası səbəbindən 2020-ci ildə "Qızıl top"u verməmək qərarına gəlib.

Milli.Az


Etiketlər:  2020 ci il üçün Qızıl top mükafatı Levandovskiyə verilə bilər


RƏYLƏR